Суббота , Ноябрь 18 2017
ВАЖНО:
eo3a9870

Arash Medical Company dəvəti ilə tanınmış rusiyalı həkim Anton Zolotaryov Ekspert Lazer Mərkəzində master-klass keçirdi!

Arash Medical Company müştərilərə və pasientlərə bütün xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün ən son texnologiyalara  və müasir tələblərə cavab verən metodikalara üstünlük verir.

Klinikalarımızın həkimləri mütəmadi olaraq müasir texnika üzrə təlim keçir, konfranslarda, seminarlarda, təlimlərdə və master-klasslarda iştirak edirlər. Biz də tez-tez dünyanın aparıcı kosmetologiya mütəxəssislərini Azərbaycana dəvət edir, həkimlərimiz üçün master- klass keçiririk.

eo3a9608

Belə ki, dünən Anton Zolotaryov: t.e.n., yüksək kateqoriyalı həkim, dermatoloq, kosmetoloq, fizioterapevt, Moskvanın «L-Clinic»  klinikasının baş həkimi, Rusiya Federasiyasında Lutronic şirkətinin baş həkimi, Rusiyada və MDB-nin keçmiş ölkələrində «Lutronic» və «Classys» şirkətlərinin təsdiqlənmiş məşqçisi  Ekspert Lazer Mərkəzimizin qonağı oldu və «Lutronic» və «Classys» şirkətlərinin aparatlarında master klass göstərdi.

eo3a9632 eo3a9641 eo3a9656

Master- klassın iştirakçıları Dr. Zolotarevun təqdimatında qabaqcıl məlumatlar, maraqlı texnologiyalar və demək olar ki, fantastik metodikalarla tanış oldular.

eo3a9661

Azərbaycanlı həkimlər: müxtəlif klinikalardan olan dermatoloqlar və kosmetoloqlar master- klass zamanı rusiyalı ulduz həkimə yaxınlaşaraq aparat kosmetologiyasında yeni araşdırmalarla maraqlandılar, arasıkəsilmədən inkişaf edən cihazlar və texnologiyalar haqqında suallar verdilər.

eo3a9868

eo3a9691 eo3a9703 eo3a9752

eo3a9934

eo3a9924

Master- klassın prosedurları «Lutronic» şirkətinin Ultraformer, Spektra, Infini və Action II aparatlarında həyata keçirildi.

Maraqlananlar tel: +994502269997 zəng edə bilərlər.

04 Окт
21:00