Суббота , Июль 22 2017
19650138_1798353656848175_1417486121_o

Günay Malikqızının kitabı Almaniyada təqdim olundu: “Qarabagı necə xatırlayırsınız?”

Bu suala istədiyimiz kimi cavab vermək üçün xeyrli fikirləşməli, düşüncələrimizi toplamalıyıq.

Axı çoxumuz Qarabagı gördüklərimizlə yox, eşitdiklərimizlə xatırlayırıq.

19650026_1798353803514827_735325892_o

“Yaddan Çıxmaz Qarabag” kitabı, valideynləri işgala məruz qalmış torpaqlarda yaşayan 22 nəfər uşaq və yeniyetmənin bu suala verdiyi cavabların toplusudur.

Kitabın bir mövzusu, ancaq 22 fərqli qəhramanı var. Onalrın saf, təmiz hekayələri, dolayısı ilə bir millətin böyük faciəsindən xəbər verir. İşgal olunmuş rayonlarımız haqda ümumi məlumatların da yer aldıgı kitab 4 dilə təcümə olunub.

Türk, ingilis, aıman və rus dillərinə tərcümə olunan “Yaddan çixmaz Qarabag” kitabının Almaniya ictimayyətinə ilk təqdimatı Berlin şəhərində baş tutdu.

Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəsətəyi ilə reallaşdırqları layihə haqda qonaqlara məlumat verdi.

19650388_1798353626848178_1154001614_o

Layihə rəhbəri Qarabag mövzusunu çatdırmaq üçün belə bir kitaba ehtiyac duyuldugunu vurguladı.

«Biz uşaqlaırn dili ilə onların öz vətənləri haqda eşitdikləri, hardansa öyrəndikləri fikirlərini yazmışıq. Bu fikirlər, saf, təmiz, analşılan oldugu qədər də təsirlidir. Uşaqlar öz vətənlərini görmək istəyirlər. Görəcəklərinə də inanırlar.»

Kitabın müəllifi Günay Malikqızı, müsahiblərinin kiçik yaşlarına baxmayaraq, cəsarətlə onun suallarına cavab verdiklərini xüsusilə vurguladı.

«Onların heç vaxt görmədikləri kəndləri haqda kiçik detallarla danışmaları məni çox sevindirdi.  Uşaqlar, el-obalarına sahib çıxacaqlarını gizlətmirdilər.  Onalrın sonsuz inamı, məni də ruhlandırdı.»

19619524_1798347143515493_981159224_o 19619125_1798353843514823_1312664903_o 19578647_1798353706848170_1696299607_o 19576763_1798353586848182_1706508019_o

Azərbaycan Evində baş tutan təqdimat haqda alman diıində KİV-də məlumatlar yayımlandı. Almaniyann Hamburq şəhərində də “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı oldu. Soydaşlarımız belə bir kitabın iık növbədə vətəndən kənarda böyüyən azərbaycan uşaqları üçün vacib bir vəsait oldugunu vurguladılar.

Cünki, Azərbaycandan kənarda böyüyən bir nəslin öz yaşıdlarının dilindən Qarabagı öyrənmələri daha asan olar.

Qeyd edək ki, kitabın Nyurenberq şəhərində də ictimayyətə təqdimatı olacaq.

29 Июн
23:23