Среда , Сентябрь 20 2017
af6o3825

Həkim — kosmetoloq Fəridə Məmmədovanın kosmetoloji məsləhətləri: Bilmədiklərinizi də öyrənəcəksiniz — FOTO, VİDEO

Dəri və dərialtı piy toxuması haqqında məlumat

Dəri və dərialtı piy toxuması orqanizmi daim eyni temperaturda saxlayır, daxili orqanları zərbə və sirkələnmələrdən qoruyur. Dəridən ifraz olunan piy buynuz qatını qurumaqdan qoruyur, dəriyə su kecirməmək qabiliyyəti verir ki, bu da toksiki maddələrin orqanizmə daxil olmasinın qarşısını alır. Dəri piyi tərlə reaksiyaya qirib turş mühit yaradır ki, bu da bir sıra mikroorqanizmlərə öldürücü təsir edir. Orqanizm ücün dəri tək boryer deyil həm də hiss orqanıdır. Dəridə yerləşən bir cox sayda resseptorlar mərkəzi sinir sistemini dermada epidermisda dəyişikliklər, xarici mühitdə qıcıqların xarakterləri barədə məlumat verir. Dəridə olan sinir resseptorları və tüklər nəinki birbaşa sinir sistemi, eyni zamanda daxili orqanlarla birbaşa əlaqə yaradır. Məsələn daxili orqanlarda olan dəyişikliklər dəridə özünü göstərir.  Bir sözlə, dəri — orqanizmin güzgüsüdür.

af6o3935

               Doktor Fəridə iş başında

Dəri metobolizmi ilə orqanizmin maddələr mübadiləsinin əlaqəsi sinir və endokrin sistemi ilə həyata kecirilir. Digər orqanların maddələr mübadiləsi nəticəsində əmələ gələn maddələr dəridə kimyavi dəyişikliyə və zülallar, yağlar, karbohidratlar dəridə spesifik dəyiçikliyə uğrayırlar. Kerotin, kollogen, milamin, dəri piyi və tər.

Dəri özündə depo şəklində qan, limfa, toxuma mübadiləsi məhsulları, makro və mikro elementlər saxlayır. O, müvəqqəti zülal metobolizmini ləngidir. Bir cox toksiki maddələr orqanizmə düşəndə dəridə olan mokosaxaridlərlə birləşir və bununla da digər orqanlara toksiki təsiri zəifləyir. Dəri vasitəsi ilə toksiki və metobolit məhsulların bir cox hissəsi ifraz olunur. Beləliklə dəri deduksiya funksiyası daşıyır. Dəri metobolizmin məhsulları toksinlər, artıq duzun və suyun orqanizmdən çıxarılmasında, yəni ifrazatda iştirak edir və bununla yanaşı temperaturu tənzimləyir. Ətraf mühitdə və qapalı yerlərdə nə qədər temperatur fərqi olsa da gün ərzində orqanizmin temperatur dəyişikliyi maksimum 2 dərəcə olur. Bu mərkəzi sinir sisteminin mexanizmi ilə dəri örtüyünün temperaturdan asılı dəyişiyi ilə həyata kecirilir. Dəri bədənin temperatur balansını dəridə olan termoresseptorlar ..və damarlarla tənzimləyir. Dəri qaz mübadiləsin də də iştirak edir gün ərzində dəri vasitəsilə insan 7-9 qr.karbon qazı ifraz edir, qr. oksigen qəbul edir ki, bu da gün ərzində tənəffüzün 2 faizini  təşkil edir.

af6o3877

      Doktor Fəridənin qəbulunda

Dəri vitaminin əmələ gəlməsində də iştirak edir. Ultrabənövşəyi şüalarınntəsiri nəticəsində dəridə əmələ gələn vitamin D orqanizmin bu vitaminə olan təlabatının cox hissəsini ödəyir. D vitamininin catışmamazlığında kalsium və fosfor mübadiləsi pozulur və nəticədə raxit, osteoparoz və s. xəstəliklər yaranır. Dərinin morfaloji quruluşu onun müxtəlif immunoloji funksiyalarını yerinə yetirməyə kömək edir. Belə ki, digər orqanlarda olduğu kimi dəridə də limfositlər immunoloji fərqlənirlər, antitel əmələ gəlməsində iştirak edirlər. Xarici mühitlə əlaqədə dəri mühafizə, baryer funksiasını daşıyır. Dəri orqanizmin mexaniki, kimyavi, fiziki, temperatur və digər mənfi faktorlardan qoruyur. Dəri virusların, bakteriyaların, göbələklərin və müxtəlif şualanmaların qana daxil olmasına mane olur.


Üz dərisinə qulluq ücün kosmetoloju məsləhət.

 

Əyər siz kosmetik vasitələrinizi düzgün seçsəniz və istifadə qaydalarına düzgün riayət etsəniz nəticədə təravətli, məxmər kimi  hamar və gənc bir üz dərisinə malik olacaqsız. Dəriyə düzgün qulluq, onun anatomiyasını bilmək, onun tələblərini anlamaq, kosmetik prosedur qaydalarını dəqiq yerinə yetirmək lazımdır. Biz dərinin tipi və yaşını nəzərə almalıyıq. Sizə vizual və xüsusi anketlə dərinizin tipini tapmağa kömək edəcəyik. Nəzərə almaq lazımdır ki, 25 yaşdan sonra üz dərisində bəzi dəyişikliklər başlayır və bu yaşda hansı kosmetik vasitələrə müraciət etməyinizi bilməlisiz. Bizim satışda olan coxlu çeşidli kosmetik vasitələrdərdən hansı birini seçəcəyinizi bilməyiniz əsasdır. Bu məhsullurın üstün və çatmayan cəhətlərini bilib düzgün qərar vermək olar. Dəriyə qulluqda təmizləmə, qidalandırma, nəmləşdirmə, müdafiyə və stimuluasiya prosedurları mütləqdir. Butun dəri növləri ücün eyni  olan bu prosedurlar etaplıdır. Təmizləmə, dərindən təmizləmə, nəmləndirmə, tonuslaşdırma və mudafiədir. Kosmetik vasitə, fərdi olaraq dərinin tipinə görə secilir və bu vasitə ilə dügün qulluğ də bacarıq tələb edir.


Üzünüzü çalışın sabunla yox kremlərlə və ya gellə yuyasız. Dəri tipinizə uyğun gel secib ya filterdən keçmiş ya da qaynanmış su ilə üzünüzü yuyun. Sonra dərini nəmləndirmək lazımdır. Adətən qış aylarında dərimiz daha çox quruyur, daha da həssas olur. Bununçun da dərimizi daha incə təmizləyib, qidalandırmalıyıq. Yəni ev şəraitində hazırladığınız maskalara daha çox ehtiyac duyulur. Havalar isinəndə artıq su əsaslı, qoxusuz, iltihaba qarşı olan nəmləndirici kremlərdən istifadə etməliyik. Bu cür kremlər məssamələri kiçildir. Yaz fəslində havanın temperaturu artdıqca dərimizin piy və tər ifrazi artır, bu da dəridə iltihabı çoxaldıb sızanaqlar əmələ gətirə bilir. Daha yağlı və qidalandırıcı kremləri isə axşam saatlarında sürtmək lazımdır.


Üzün rənginin korlanmasında çox zaman kofe, siqaret və alkoqolun rolu çox böyükdür. Düşünün ki, məsələn, siqaret      nə qərəcədə sizə lazımdır, həyatınıza nə dərəcədə vacibdir? İnsan elə məxluqdur ki, siqaretin orqanizminə nə qədər ziyanı  olduğunu bilə-bilə çəkməyə davam edir. Nəticədə yavaş-yavaş sağlamlığında bu özünü göstərəcək. Kofe və alkoqol da zərəri  ilə insanın sağlamlığına öz təsirini göstərir. Əgər siz bu zərərli vərdişlərdən əl çəkə bilmirsinizsə heç olmasa məhdudlaşdırmağa cəhd edin. Üzümüzə və ümumiyyətlə butün orqanizmimizə pis təsir edən səbəblərdən biri də həyatımızda olan stresslərdir. Əlbətdə, çətin həyat hadisələrində insan öz emosiyalarını cilovlaya bilmir. Bu da öz əksini üz dərimizdə göstərir. Primitiv səslənsə də, çalışın özünüzü ələ alıb sakitləşəsiniz. Bir də ki, insanın pozitivliyi, üzügülər olması onu cavan göstərir. Pozitiv insanların içindəki işıq üzünə də nur salar. Bunu həm özünüz, həm də ətrafdakılar hiss edir.

Üz dərisinin təravətli olması üçün əsas tövsiyyə ev şəraitində müxtəlif maskaların istifadəsidir. Daha sonra isə, profesional qulluq vasitələrindən istifadə etmək lazımdır: pparat və lazer xidmətləri, üz konturlarının plastikası, dolğular, botoks, disport, mezoterapiya və nəhayət plastik əməliyyat.

 

17904042_1412203782134591_2800955631339805764_n

 Doktor Fəridə Məmmədova

 

29 Апр
12:04