Суббота , Март 23 2019
ВАЖНО:
2edfa125-34b2-4b34-86c3-3a8c790c9970

Aborta görə 30 il həbs cəzası alan qadınlar azadlıqda

Cənubi Amerika ölkəsi El Salvadorda abort etdirdikləri üçün 30 il müddətinə həbs edilən qadınlar azadlığa çıxıb.

Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsi 10 ildir həbs həyatı yaşayan 3 qadının cəzalarının 20 il azaldılmasına qərar verib. Hər 3 şəxs körpələrinin inkişafı dayandığı üçün aborta məcbur qaldıqlarını iddia edirdi.

Qeyd edək ki, El Salvadorda abort etdirmək cinayət hesab edilir. Ölkədə bu səbəbdən həbsdə saxlanılan 18 qadın var. Ötən il bir qadın 15 illik həbs həyatından sonra azadlığa buraxılmışdı.

09 Мар
09:59