Четверг , Март 21 2019
ВАЖНО:
d4adc859e45e5e4095ad13d4a65df3d3

”Azərbaycanda media tam azaddır və istədiyi mövzunu işıqlandırır” — Millət vəkili

“Bu gün Qərbin Azərbaycanı insan haqqlarının kobud şəkildə pozulması haqqında səsləndirdiyi fikirlər çox qeyri-ciddi görünür. Əgər bu gün insan hüquqlarının müdafiəsindən söhbət gedirsə, elə o zaman insan hüquqlarının pozulmasına qarşı mübarizəni Qərbin özündən başlamaq lazımdır. Çünki Qərbdə mütəmadi olaraq kütləvi şəkildə insan haqları pozulur”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sona Əliyeva ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı hazırladığı hesabata mövqeyini açıqlayarkən  deyib.

Deputat bildirib ki, heç uzağa getmədən bir neçə ay bundan öncə Fransada baş verən iğtişaşları misal çəkə bilərik:

“Qərb demokratiyanı, insan hüquqlarının müdafiəsini bir ölkənin daxili işi hesab etmədiyini bəyan etsə də, biz onların timsalında bunun tamamilə əksinin şahidi olduq. Fransada baş verən iğtişaşlara görə, hətta İtaliya ilə münasibətləri gərginləşdi.  Bu aksiyalarda insanlar həyatını itirdi, yüzlərlə insan yaralandı, həbs olundular və müxtəlif formada təzyiqlərə məruz qaldılar”.

Deputat hesab edir ki, cəmiyyət və insan varsa, orada mütləq problem olacaq: 

Deputat hesab edir ki, bəzi qüvvələr, ölkələr Azərbaycana qarşı qarayaxma kampaniyasını aparıblar və aparmaqdadırlar:

“Əslində bu gün bu metodlarla, taktikalarla  Azərbaycana qarşı təzyiqlər edilir. Çünki onların gözü Azərbaycanın  inkişafını götürmür. Ona görə də hər hansı xirda məsələni şişirdərək, bir insanın qanunsuz əməlinə siyasi don geyindirərək  Azərbaycana qarşı təzyiqlər ediblər və  gələcəkdə də bu metoddan istifadə edəcəklər. Burada digər bir məqam da ondan ibarətdir ki, Azərbaycan mürəkkəb geocoğrafi məkanda yerləşdiyindən bir çox güclərin maraqları toqquşur. Azərbaycanın güclənməsi bu qüvvələrin bir çoxunun marağında olmadığından, narahat etdiyindən, bizə qarşı təzyiqlər olur. Mən bu hesabatları ölkəmizə qarşı təzyiq hesab edirəm. Bu cür ikili münasibət olub və olacaq da. Odur ki, onlara əhəmiyyət vermək lazım deyil”.

Mürtəza

14 Мар
17:10