Пятница , Апрель 26 2019
1555143257_mashinistka-metro

Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

56907745_2481307115265707_8410669056566231040_n

Onun sözlərinə görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

“Bizə 10-dan artıq qadın maşinist müraciət edib. Lakin hələlik bir qasdın bu vəzifəyə uyğun bilinib. Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.

Ziya SƏCCAD

14 Апр
12:05