Суббота , Май 25 2019

İndoneziyada qatar relsdən çıxıb

İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.

“Ölkə.Az” məlumatına görə, hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.

Hadisə şahidləri bildirir ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub, ancaq hal-hazırda araşdırma aparılır.

Qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirdi.

11 Мар
10:01