Пятница , Апрель 26 2019
4043eaa4ec17b224937a98cc1ea977f8

Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı

Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya şeir yazıb.
“Özünü öldürmə, dayan, eləmə” misraları ilə başlayan şeir gənc yaşda ölümü seçən Elinaya müraciət formasında yazılıb.
Sfera.az həmin şeiri təqdim edir:
Özünü öldürmə…dayan, eləmə!
Özünü öldürmə, lütfən, dostum!
Axı, həyat çox qiymətli hədiyyədir,
Ətrafını eşitmədən, duy hər kəsi!
Mənanı anla, boş sözlərdən uzaq ol,
Onlarda doğrudan pay olsa belə!
Lap insanlar acını, göz yaşını görməsin,
Ruhlarını başqaları ilə bölüşsün.
Lap çox çətin olduğu bilinsə belə!
Doğrunu gör – ən düz danışan odur!
Dilimizin altında gizlətsək belə,
Fikir ildırım kimi çaxacaq onsuz.
Qorxular ədalətsiz davranır,
Zamanı birdəfəlik məhv edir!
O yanır, amma siz o dumanda anlayın ki
Qiymətli zaman hər kəsə nəsib deyil.
Zamandan qiymətli deyildir heç nə
Onu rüzgarın nəğməsində sev.
Hər şeyi bağışlayacaq.., məşhərə çəkməyəcək!
Sən riyadan uzaq sözlərlə istəsən əgər.
İki dünya arasında itirdiyin ruh
Vəd edilən rahatlığı tapa bilməz!
Özünü öldürmə… saraq yaralarını,
Kədərin dərinliyinə gülək bərabər!
Özünü öldürmə…belə cəsur,
Belə düşüncəsiz addıma gücün varsa!
Qiymətli həyatı yaşamaq üçün
Özündə o gücü tapmağa çalış
14 Апр
14:10