Суббота , Май 25 2019

Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb

Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.
“Ölkə.Az” TASS-a istinadən bildirir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

“İŞİD terrorçularının Palmir səhrasındakı Arak kəndində basdırdıqları minanın partlaması nəticəsində səkkiz dinc sakin ölüb, daha 11 nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.

10 Мар
09:14